Телефон: 8-800-350-22-65
WhatsApp: 8-800-350-22-65
Telegram: sibac
Прием заявок круглосуточно
График работы офиса: с 9.00 до 18.00 Нск (5.00 - 14.00 Мск)

Статья опубликована в рамках: XLVII Международной научно-практической конференции «Культурология, филология, искусствоведение: актуальные проблемы современной науки» (Россия, г. Новосибирск, 07 июня 2021 г.)

Наука: Филология

Секция: Германские языки

Скачать книгу(-и): Сборник статей конференции

Библиографическое описание:
Muğalova L.T. İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ MƏKAN VƏ HƏRƏKƏT KONSEPTLƏRİNİN REALLAŞMASI VASİTƏLƏRİ // Культурология, филология, искусствоведение: актуальные проблемы современной науки: сб. ст. по матер. XLVII междунар. науч.-практ. конф. № 6(39). – Новосибирск: СибАК, 2021. – С. 73-78.
Проголосовать за статью
Дипломы участников
У данной статьи нет
дипломов

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ MƏKAN VƏ HƏRƏKƏT KONSEPTLƏRİNİN REALLAŞMASI VASİTƏLƏRİ

Muğalova Lamiyə Tahir qızı

Azərbaycan Dillər Universitetinin Mədəniyyət Dilçiliyi kafedrasının baş müəllimi,

Azərbaycan, Bakı

СРЕДСТВА РЕАЛИЗАЦИИ КОНЦЕПТОВ ПРОСТРАНСТВА И ДВИЖЕНИЯ В АЗЕРБАЙДЖАНСКОМ И АНГЛИЙСКОМ ЯЗЫКАХ

 

Мугалова Ламия Тахир гызы

ст. преподаватель кафедры лингвокультурологии, Азербайджанский Университет Языков,

Азербайджан, г. Баку

 

XÜLASƏ

İngilis dilində məkan önlükləri Azərbaycan dilindəki məkan bildirən hallara daha çox uyğun gəlir. Buna görə də ingilis dilində məkan bildirən önlüklərin qarşılığını Azərbaycan dilində məkan halları kimi vermək çox məqsədə uyğundur. Qoşma ilə ismin hal şəkilçisi haqqında danışarkən, demək olar ki, qoşma ilə hal şəkilçisi arasında vəzifəcə çox yaxınlıq vardır. Şübhəsiz bu yaxınlığı onların eyniyyəti kimi başa düşmək olmaz, çünki hal şəkilçiləri sözdən ayrı bir müstəqil məzmuna malik olmadığı halda, qoşma əksər hallarda, müstəqil sözlərdən əmələ gəlir və şəkilçiyə xas olan xüsusiyyətlərdən məhrum olur.

АННОТАЦИЯ

Пространственные измерения в английском языке в определенной степени соответствуют формам этого измерения и в азербайджанском языке. Поэтому очень целесообразно дать аналог измерений, обозначающих пространство в английском языке, как пространственные измерения в азербайджанском языке. Говоря о послелоге и падежных суффиксах существительных, можно сказать, что между ними существует тесная функциональная связь. Конечно, эту близость нельзя понимать как их идентичность, потому что, хотя послелоги не имеют независимого содержания, они часто образуются из независимых слов и лишены специфичных для суффикса особенностей.

 

Açar sözlər: məkan, zaman, hərəkət, temporal, transformasiya, dil situasiyası.

Ключевые слова: пространство, время, движение, время, трансформация, языковая ситуация.

 

Məkan, zaman və hərəkət arasında əlaqələrin ifadəsi üçün müxtəlif vasitələrdən istifadə edilir. Məkan və məkan münasibətləri bir sıra dillərdə hal kateqoriyasının müəyyən halları, bəzi dillərdə isə, önlüklər vasitəsi ilə ifadəsini tapır. V. Maslovanın fikrinə görə, hal kateqoriyasının əsasında məkan münasibətləri durur. O, 216 nəzəri mümkün halı qeyd etmişdir [3, s.189].

Bu və ya digər dilin strukturunun müasir vəziyyətinə görə izahını tapmayan dil hadisələri az deyildir. Dil sisteminin vahidləri müxtəlif funksiyaları yerinə yetirirlər Bir sıra dillərin sistemində elə vahidlər vardır ki, bu cür vahidlər başqa sistemli dillərdə yoxdur. Önlüklər belə vahidlərdəndir. Hind-Avropa dillərində önlüklər sözlərin bir-biri ilə əlaqlənməsində xüsusi rol oynayır. Önlüklərin ifadə etdikləri mənalara görə onları təsnif edirlər. Belə təsniflərdə məkani önlüklər də fərqləndirilir. Məkani önlüklər bir sıra dillərin qrammatik vahidlər sisteminə daxildir. İngilis dilində də məkan münasibətlərinin ifadə olunması üçün məkani önlüklərdən geniş istifadə edilir. Azərbaycan dilində çıxışlıq hal şəkilçisi qəbul etmiş sözün əlaqələndiyi sözlə yaratdığı konstruksiya və ondan doğan semantika ingilis dilində out of tərkibi önlüyü ilə əlaqələndiyi sözün birləşməsindən əmələ gələn konstruksiyanın semantikasına ekvivalent olur. Təbii ki, tərsinə transformasiya da mümkündür. İngilis dilindəki out of önlüyü ilə əlaqələnən sözün əmələ gətirdiyi birləşmə Azərbaycan dilinin çıxışlıq hallı konstruksiya ilə eyni mənanı ifadə edir. İngilis və rus dillərində eyni və yaxın semantikanı ifadə edən ekvivalent önlüklər vardır. Tədqiqatçılar məkani önlüklərin semantikasını öyrənərkən referentlə relyatum arasındakı həndəsi, daha doğrusu, məkani münasibəti nəzərdən keçirirlər. Bir sıra tədqiqatçılar referent və relyatum arasında yalnız məkanir deyil, başqa əlaqlərin də mövcudluğundan bəhs etmişlər [4; 6].

Müasir ingilis dilində məkan önlüklərinə monosemantik və polisemantik önlüklər daxildir: Məkan önlükləri 1) hadisənin icra, yaxud əşyanın tutduğu yeri, 2) hərəkətin istiqamətini bildirir, Hadisənin icra, yaxud əşyanın tutduğu yeri bildirən önlüklər. Bu qrupa biz in, at, on, about, around, behind, below, by, after, before önlüklərini daxil edirik. Bu qrup iki yarımqrupdan ibarətdir. 1) Hadisənin icra olunduğu yeri bildirən önlüklər -in, at, on. 2) Əşyanın yerini bildirən önlüklər - about, around, behind, below, by, after, before. Hadisənin icra olunduğu yeri bildirən önlüklər. Bu önlüklər məkan bildirən isimlərlə əlaqəyə girdikdə hərəkətin baş verdiyi dəqiq yeri bildirir. It had been quite casy to see at the meeting in January that he was in love with her.

At önlüyü zaman bildirən isimlərlə əlaqəyə girdikdə, in önlüyü ilə sinonim olduğu kimi məkan bildirən isimlərlə də əlaqəyə girdikdə, sinonimlik təşkil edir. Lakin buna baxmayaraq onları fərqləndirən cəhətlər də vardır. In önlüyü, bir növ, bina bildirən isimlərin qarşısında işlənib, ictimai bina daxilində baş verən hadisəni bildirdiyi halda, at önlüyü, bizcə, bina deyil, daha çox tədris və müəssisə ilə əlaqədar isimlərin qarşısında işlənir. Lakin ifadələrdə isə at önlüyü mövcud olan əşyanın yerini göstərmək üçün, in önlüyü isə əksinə. təhsil və müəssisə bildirmək üçün işlədilir. Bina və binanın hissələri ilə əlaqədar sözlərlə işlənən önlüklər. Ev əşyaları ilə əlaqədar sözlərlə işlənən inon önlükləri Azərbaycan dilinə ismin yerlik halı ilə tərcümə olunursa, at önlüyü “qarşısında” kimi ifadə olunur.

On önlüyü də bəzən Azərbaycan dilinə üstündə kimi tərcümə olunur. Bütün misallarda göründüyü kimi, hadisənin icra olunduğu yeri bildirən at, in, on önlükləri Azərbaycan dilində, əsasən, ismin yerlik halı ilə ifadə olunur. In önlüyü əşyanın tutduğu yeri, mövcud olan məkanı göstərmək üçün işlədilir. Bu nöqteyi-nəzərdən in önlüyü at önlüyündən fərqlənir. On önlüyü məkan bildirən isimlərlə əlaqəyə girdikdə, əşyanın üstdə yerləşdiyini göstərir. Bu önlük yer, sahil, döşəmə və s. isimlərin üst səthində baş verən hadisəni bildirir.

Hadisənin icra olunduğu yeri bildirən önlüklərdən in önlüyü Azərbaycan dilində ismin yerlik halı (-da, -də), köməkçi ad (içində) ilə, at önlüyü ismin yerlik halı (-da, -də), köməkçi ad (yanında, qarşısında) ilə, on önlüyü isə ismin yerlik halı (-da,-də), köməkçi ad (üstündə) ilə ifadə olunur.

Müasir ingilis dilində out of önlüyünün ilkin məkani mənası referentin daxili məkanı tərk etməsi ilə bağlıdır. Çox zaman bu məkan üçölçülü, qapalı və məhduddur. Dil daşıyıcıları qapalı məkanı açıq məkanla qarşılaşdırırlar. Açıq məkan məhdudluq səciyyəsinə malik deyildir. Məkani önlüklərin dildə işlənmə xüsusiyyətləri də dil daşıyıcısının məkana münasibətindən irəli gəlir.

Çıxışlıq Azərbaycan dilində məkani-qrammatik hal kimi səciyyələndirilir və məzmununa görə isimlərdə yer, məkan anlayışı ifadə edir. Eyni zamanda, ismin bu halı həm iş və hərəkəti, həm də əşyanın çıxış, yəni başlanğıc nöqtəsini bildirir. Çıxışlıq halın qrammatik funksiyasının ifadə olunmasında -dan(-dən) şəkilçisi iştirak edir. Hal şəkilçisi qəbul etmiş sözdə əşyanın, obyektin, subyektin, predmetin çıxış, başlanğıc yeri mənası özünü daha çox göstərir: tövlədə, damdan, sudan, işıqdan, çöldən, daşdan, qumdan və s. Bu halda olan söz cümlədə xəbərlə əlaqələnir. Məsələn, Maralın tamaşasına rayon mərkəzindən də gəlirdilər. Balalarını bu gün-sabah yuvadan çıxarıb, yavaş-yavaş ov eləməyə öyrətməlidir. Sonra cibindən dəsmal çıxarıb, Bilal əmi gözünün yaşını silərdi (Vaqif Səmədoğlu).

İngilis dilindəki out of Azərbaycan dilinin çıxışlıq halının əvəzləyicisi deyildir. Lakin müəyyən situasiyalarda onların ekvivalentliyi müşahidə olunur. Qapalı obyekt bildirən isim “çıxmaq”, “getmək”, “gəlmək”, “qayıtmaq”, “düşmək” kimi hərəkət feilləri ilə idarə olunduqda və məkanı ifadə edən isim hərəkətin başlanğıc nöqtəsi, yeri olduqda çıxışlıq halın out of ilə ekvivalentliyi mümkünləşir. Məsələn, evdən çıxmaq, avtobusdan düşmək, məktəbdən gəlmək, bağdan getmək, metrodan çıxmaq və s. 

Out of önlüyünün semantikasının özünəməxsusluğu çıxış obyektindən hərəkətin istiqaməti ilə də müəyyənləşir. Əgər çıxış obyekti konseptuallaşırsa, önlükdən istifadə etmək olmur. İngilis dilinin out of, eləcə də rus dilinin “iz” önlüyü cəhətləri (North, South, East, West) və istiqaməti (left, right, front, back) bildirən sözlərlə işlənmir. Halbuki, bu sözlər real gerçəklikdə müəyyən məkanı bildirir. Bəzən bunu qeyd edilən sözlərin müəyyən istiqamətdə sonsuz uzanan məkan ifadə etməsi ilə əlaqələndirirlər. Belə hallarda from önlüyündən istifadə olunur.

Azərbaycan dilində qeyd olunan xüsusiyyətli sözlərin çıxışlıq hal şəkilçisi qəbul etməsində heç bir məhdudiyyət yoxdur. Məsələn, şimaldan gəlmək, şərqdən xəbər vermək, soldan/sağdan soxulmaq, qabaqdan gələmək, qarşıdan gəlmək, arxadan vurmaq, yandan baxmaq və s.

İlə (-la, -lə) dilimizdə həm qoşma, həm bağlayıcı, həm də şəkilçi kimi işlənərək şəkilçiləşməyə doğru gedir. Birləşmədə altı mənası qeyd olunur: a)müstəqim obyekt; b)birgəlik obyekti; c)vasitə obyekti; d)tərz obyekti; e)məkan obyekti; ə)zaman obyekti məzmunu bildirir [1, s.299].

İngilis dilində “in” önlüyü xeyli sayda mənaya makikdir. Onun bir sıra mənaları arasında əlaqəni tapmaq çətinlik törədir. Bu önlüyün əsas mənalarını üç qrupda birləşdirirlər: 1) məkani; çox zaman bir obyektin digərinin içərisində yerləşdirmək mənasını da özündə birləşdirmək şərti ilə yeri ifadə etmək; 2) zaman mənası; obyektin müəyyən zaman hüdudunda baş verməsini də özündə birləşdirir; 3) şərait mənası; obyektin xüsusiyyətini onun halı vasitəsi göstərmək, yaxud hərəkətin üsul, şərt, xarici şəraitlə bağlı baş verməsini ifadə edir. Birinci mənalar qrupu – harada?, ikincisi – nə zaman?, üçüncüsü – necə? sualına cavab verir.

Azərbaycan dilində yerlik hal məkan və həm də zaman bildirir. Məkan və zaman mənalı sözlərin özləri də yerlik hal şəkilçisini qəbul edir. Məkan mənalı sözlərin yerlik hal şəkilçisi qəbul etməsi bu mənanı daha da möhkəmləndirir: Kənddə ins-cins gözə dəymirdi, bircə Baladadaşdan başqa (Elçin); Əsmərin sahəsində beş-altı dana otlayırdı (S.Azəri). Göründüyü kimi, yerlik halda olan söz cümlədə tamamlıq və yer zərfliyi rolunda çıxış edir. lüğəvi mənasına görə zaman bildirən sözlər yerlik hal şəkilçisi qəbul edərək zaman bildirir.

Hərəkət istiqamətini də ifadə edən önlüklü fellərin müxtəlifliyi, onların idarə edən sözlərlə spesifik birləşmələri rus düşüncə tərzi üçün məkani dinamik parametrlərin əhəmiyyətli dərəcədə aktual olduğunu təsdiq edir. Bu fakt, eləcə də dil şüurunda məkanın diskretliyinin əksini tapması, ölkənin böyük əraziyə sahib olması ilə implisit bağlılığa malikliyini təsdiqləyir.

Dünyanın dil mənzərəsi statik, nisbi sabit, şəxssiz quruluşdur. Dil bütün daşıyıcıları üçün standart mövqedə durur. Verilmiş mədəniyyətlə müqayisədə gec dəyişəndir.

Bu müşahidələri belə ümumiləşdirmək olar ki, real gerçəklikdə hər şey zaman və məkan daxilindədir, zamandan asılı olaraq məkan, məkanın fraqmentlərində, hissələrində yerləşir. Yerləşmə sükunət və hərəkətlə bağlı olaraq nisbi səciyyə daşıyır. Sükunət halında yerləşmə statikdir, hərəkət zamanı isə dinamikdir. Dinamiklik zaman çərçivəsində lokallaşma mövqeyinin dəyişməsi baş verir. İnsan bir punktdan digər punkta hərəkət edərkən müxtəlif zaman anlarında iki punkt arasındakı müxtəlif nöqtələrdə olur. Hərəkət kəsilməz olduqda yerləşmə statiklik qazanmır, obyekt, yaxud subyekt bu nöqtələrdə dayanmır, onları ötüb keçir. Məkan da, zaman da, hərəkət də ümumi şəkildə götürüldükdə daimidir.

 

Ədəbiyyat siyahısı:

  1. Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı: Maarif, 1973, 358 s.
  2. Məmmədov A.Y., Məmmədov M.Y. Diskurs təhlilinin koqnitiv perspektivləri /  Bakı: Caşıoğlu,  2010.  96 s.
  3. Маслова В.А. Когнитивная лингвистика: учебное пособие / В.А.Маслова.  Минск: ТетраСистемс, 2008, 266 с.
  4. Маляр Т.Н., Селиверстова О.Н. Пространственно-дистанционные предлоги и наречия в русском и английском языках. Munchen: Verlag Otto Sagner, 1998, 358 c.
  5. Топорова В.Н. Пространство и текст. М.: Издательский центр «Академия», 2003, 238 с.
  6. Leech G.N. On the Theory and Practice of Semantic Testing//Lingua. 1970, V.24, No 4, p. 343-364.
Проголосовать за статью
Дипломы участников
У данной статьи нет
дипломов

Оставить комментарий

Форма обратной связи о взаимодействии с сайтом
CAPTCHA
Этот вопрос задается для того, чтобы выяснить, являетесь ли Вы человеком или представляете из себя автоматическую спам-рассылку.